sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan millisinin üzvü "Sumqayıt"da 100-cü matçına çıxıb
Azərbaycan Premyer Liqasının IV turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper “Gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb.
Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Cənnətovun komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. O, “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısının debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-2021-ci illərdə “Sumqayıt”ın formasını geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
