"Yuventus" qapıçısı ilə müqaviləni poza bilər
sizinxeber.az xəbər saytı

"Yuventus" qapıçısı ilə müqaviləni poza bilər


İtaliyanın "Yuventus" klubu qapıçısı Voyçex Şesnınin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilə bilər.

"Sizinxeber.az" "Tuttosport"a istinadən xəbər verir ki, polşalı qolkiperin "qoca sinyora" ilə 2025-ci ilə qədər sözləşməsi davam etsə də, əlcək sahibi karyerasını bitirmək barədə düşünür.

Həmçinin Turin təmsilçisinin yeni baş məşqçisi Tyaqo Motta 34 yaşlı qapıçını heyətdə görmək istəmir.

Qeyd edək ki, 2017-ci ildən "Yuventus"da çıxış edən Şesnı ötən mövsüm A Seriyasında 35 oyun keçirib və 15 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Oxşar xəbərlər

"Çelsi"nin futbolçusu İtaliya klubuna transfer oluna bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər