"CBC Sport" "Bavariya" - PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib
"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş "Bavariya" (Almaniya) - PSJ (Fransa) matçının yayımlanmamasını texniki səbəblərlə izah edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında bildirilib.
"CBC Sport" sözügedən qarşılaşmanın yayımının texniki səbəblərdən mümkün olmadığını vurğulayıb:
"Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq, dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb. Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.
Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk".
Qeyd edək ki, "Bavariya" - PSJ matçı 1:1 hesabı ilə yekunlaşıb. İlk görüşdə rəqibini üstələyən (5:4) Paris təmsilçisi UEFA Çempionlar Liqasının finalına yüksəlib. PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" (İngiltərə) ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki nasazlıq yaranıb, tədbirlər dayandırılıb
"Bavariya" - PSJ oyununa hansı kanallarda baxaq?
"Bavariya" - PSJ oyununu CBC yaymır, bu kanalda baxın!
Bakı metrosunda qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
