Azərbaycan Kuboku və Premyer Liqanın qalibi üçün Türkiyədə yeni dizaynda kuboklar hazırlanıb
Futbol üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqasında 2025/2026 mövsümünün yekunlarına əsasən təqdim olunmaq üçün yeni dizaynda kuboklar hazırlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
O, hər iki kubokun Türkiyədə hazırlandığını sözlərinə əlavə edib:
"Misli Premyer Liqasının kubokunda bu mövsüm iştirakçı komanda sayına uyğun olaraq ulduzların sayı 10-dan 12-yə artırılıb. Azərbaycan Kubokunun qalibinə veriləcək mükafata isə sponsora uyğun elementlər əlavə edilib. Kubok və medallar müqavilə əsasında Türkiyədə bu sahədə ixtisaslaşmış və əvvəlki mövsümlərdə də Peşəkar Futbol Liqasının əməkdaşlıq etdiyi şirkət tərəfindən dizayn olunub və istehsal edilib. Misli Premyer Liqasında isə sonda hansı komandanın titula sahib çıxmasından asılı olmayaraq, çempionluq rəsmiləşdikdən sonra mükafatlandırma mərasiminin yeri və məkanı ilə bağlı Peşəkar Futbol Liqası tərəfindən yekun qərar veriləcək".
Xatırladaq ki, Misli Premyer Liqasında 28 turdan sonra "Sabah" 69 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci pillədə qərarlaşıb. Mayın 13-də, Azərbaycan Kubokunun finalında isə "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının qalibi mükafatlandırılıb
Premyer Liqanın 2024/2025 mövsümündə 10 avtoqol qeydə alınıb
Azərbaycan Premyer Liqasında ən çox penalti vuran komandalar müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib
Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
