Almaniyada ilin ən yaxşı baş məşqçisi və futbolçusu seçilib
sizinxeber.az xəbər saytı

Almaniyada ilin ən yaxşı baş məşqçisi və futbolçusu seçilib


Almaniyada 2024-cü ilin ən yaxşı futbolçusu və məşqçisi seçilib.

"Report" xəbər verir ki, Almaniyanın nüfuzlu nəşqrlərindən olan "Kicker"in idman jurnalistləri arasında keçirdiyi sorğuda sabiq futbolçu Toni Kroos ən yaxşı adına layiq görülüb.

İspaniyanın "Real" klubunun 34 yaşlı yarımmüdafiəçisi 285 səs toplayıb. Sorğuda Almaniyanın "Bayer 04" komandasının futbolçusu Florian Virtz (246) ikinci yeri tutub. "İlk üçlüy"ü isə "Bayer"in digər oyunçusu isveçrəli Qranik Caka (66) qapayıb.

"Bayer"i məğlubiyyətsiz çempionluğa aparan ispaniyalı Xabi Alonso isə ilin məşqçisi seçilib. "Ştutqart"dan Sebastyan Höness (74) ikinci, "Haydenhaym"dan Frank Şmidt (50) isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsüm başa çatdıqdan sonra peşəkar karyerasını bitirib.

Oxşar xəbərlər

"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün baş məşqçisi İngiltərə və Almaniya klublarının təklifindən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Arsenal" klubunun ən yaxşı futbolçusu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər