Azərbaycan Premyer Liqası: Bu gün I turun növbəti görüşləri keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
İlk olaraq "Neftçi Arena"da "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Paytaxt təmsilçisi baş məşqçi Roman Qriqorçukun, qonaq komanda isə Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi sınağına çıxacaq.
Ardınca isə Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gələcək.
3 avqust
18:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
"Neftçi Arena"
20:45. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
Mehdi Hüseynzadə adına stadion
Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
Azərbaycan Premyer Liqası: XXX tura bu gün yekun vurulacaq
Azərbaycan Premyer Liqasında XIX turun oyun proqramı açıqlanıb
Azərbaycan Premyer Liqası: II turun oyun cədvəli açıqlanıb
Premyer Liqa: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













