UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə ümumi hesab bərabərləşib - YENİLƏNİB - 6
sizinxeber.az xəbər saytı

UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə ümumi hesab bərabərləşib - YENİLƏNİB - 6




UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında qonaq komanda növbəti qolu vurub.

“Bank Respublika Arena”dakı görüşdə 90-cı dəqiqədə Pierro Françdi dubl müəllifi olub - 5:2.

Bu qoldan sonra iki oyunun nəticəsinə əsasən hesab bərabərləşib.

***21:35
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ard-arda üç qol vulub.

“Bank Respublika Arena”dakı görüşdə 70-ci dəqiqədə Bakı klubunun qapısına yol tapan Simiç hesabı 3:1 edib.

1 dəqiqə sonra "bayquşlar" Kahim Parrislə fərqi azaltmağa müvəffəq olublar. Bununla belə, 73-cü dəqiqədə Leor Rafaelovla daha bir qol vuran "Makkabi" hesabı 4:2-yə çatdırıb.

***21:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında növbəti qol vurulub.

“Bank Respublika Arena”dakı görüşdə qonaqlar növbəti dəfə hesabda önə çxııb - 2:1.

67-ci dəqiqədə Pierro Françdi fərqlənib.

***21:07

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ikinci hissə qolla start götürüb.

 “Bank Respublika Arena”dakı görüşdə Bakı klubu hesabı bərabərləşdirib - 1:1.

47-ci dəqiqədə Pavol Şafranko adını tabloya yazdırıb.

***20:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ilk hissə başa çatıb.

“Bank Respublika Arena”dakı görüşdə qonaq komanda öndədir - 1:0.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

***20:17

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında hesab açılıb.

“Bank Respublika Arena”dakı görüşdə qonaqlar hesabda önə çıxıb.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

***20:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçı start götürüb.

Qarşılaşma “Bank Respublika Arena”da keçirilir.

Görüşü slovakiyalı Peter Kraloviç idarə edir.

***19:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Sabah” – “Makkabi” (Hayfa, İsrail) matçının start heyətləri açıqlanıb.

"Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

"Sabah": Yusif İmanov, Amin Seydiyev, Sofyan Çakla, Con İrasabal, Boyan Letiç, İvan Lepiniça, Ayaz Quliyev, Kahim Parris, Cessi Sekidika, Mikkels, Pavol Safranko.

"Makkabi": Keuof, Pier Kornyo, Lorenso Şimiç, Aleksandr Sirota, Daniel Sundqren, Mahmud Caber, Ali Mohamed, Dolev Haziza, Qadi Kinda, Pierro Françdi, Dia Saba.

BAKU.WS

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə əlavə vaxt oynanılacaq - YENİLƏNİB - 7 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə üçüncü qol vurulub - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə hesab açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə ilk hissə başa çatıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə hesab açılıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər