"İmişli" rəsmisi: "Quba Olimpiya Kompleksində paltardəyişmə otaqlarını və çəkiliş zonalarını təmir etdirəcəyik" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
avq
2025
14:00

"İmişli" rəsmisi: "Quba Olimpiya Kompleksində paltardəyişmə otaqlarını və çəkiliş zonalarını təmir etdirəcəyik"

07 avq, 2025
14:00
683

"İmişli" rəsmisi: "Quba Olimpiya Kompleksində paltardəyişmə otaqlarını və çəkiliş zonalarını təmir etdirəcəyik"

“İmişli” Misli Premyer Liqasında ev oyunlarını keçirəcəyi Quba Olimpiya Kompleksinin paltardəyişmə otaqlarını və çəkiliş zonalarını təmir etdirəcək.

Bunu “Report”a bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, təmir işlərinə başlamaq üçün müqavilə bağlanmasını gözlədiklərini söyləyib:

“Bildiyiniz kimi, Quba Olimpiya Kompleksi yaxşı vəziyyətdədir. Paltardəyişmə otaqlarını təmir etdirəcəyik. Bir də çəkiliş üçün zonaları hazırlamalıyıq. Televeziyadan gəlib təftiş etdilər və məlumat verdilər. Ciddi problemlər yoxdur. Kameraların quraşdırılacağı yerlər hazırlanmalıdır. Yəqin ki, bunun üçün bizə ilk oyunlarda güzəştə gedib vaxt verəcəklər. Meydanın vəziyyəti idealdır. Heç Bakıda belə ot örtüyü yoxdur. Tribunalar da yüksək səviyyədədir. Lakin VİP zonalar Premyer Liqa səviyyəsində deyil.

Çatışmazlıqlar yoluna qoyulacaq. Əsasən paltardəyişmə və hamam otaqları qaydasına salınmalıdır. Bir də media nümayəndələri üçün yer ayrılmalıdır. Təmirə başlamaq üçün müqavilə bağlanmasını gözləyirik. Düşünürəm ki, çempionat oyunlarına start verilənə qədər bəzi prosesləri həyata keçirəcəyik”.

Qeyd edək ki, Misli Premyer Liqasına avqustun 15-də start veriləcək. “İmişli” ilk turda evdə “Turan Tovuz”u qəbul edəcək.

Bizimlə əlaqə saxlayın