“İmişli” rəsmisi: “Quba Olimpiya Kompleksindəki çatışmazlıqları öz hesabımıza aradan qaldıracağıq”
sizinxeber.az xəbər saytı

“İmişli” rəsmisi: “Quba Olimpiya Kompleksindəki çatışmazlıqları öz hesabımıza aradan qaldıracağıq”


“İmişli” Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirmək istədiyi Quba Olimpiya Kompleksindəki çatışmazlıqları öz hesabına aradan qaldıracaq.

Bunu “Sizinxeber.az”a bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, təftişin nəticəsi ilə bağlı Peşəkar Futbol Liqasından (PFL) məktub gözlədiklərini söyləyib:

“PFL təftişin nəticəsi ilə bağlı bizə rəsmi məktub göndərəcək. Daha sonra stadionda nələrin düzəldilməli olduğunu biləcəyik. Hələlik yalnız şifahi şəkildə bizə məlumat verilib. Düşünürəm ki, stadionun durumu əladır. Olimpiya Kompleksləri arasında ən yaxşısı Qubadakıdır. Bizim üçün hansı bölgə olmasının fərqi yoxdur. Əsas odur ki, oyun keçirmək üçün stadion olsun. Fikrimcə, əsas çətinliyimiz çəkiliş üçün yerlərlə bağlıdır. Bu səbəbdən “CBC Sport”un da nümayəndələri stadionu təftiş edəcəklər. Yəqin ki, çatışmazlıqları klubun hesabına aradan qaldıracağıq. Məncə, tribunalar da idealdır, çox xoşuma gəldi”.

Qeyd edək ki, Premyer Liqanın digər təmsilçilərindən “Turan Tovuz”un ev oyunlarını “Azərsun Arena”da, "Kəpəz"in Qəbələ şəhər stadionunda, "Karvan"ın isə Şamaxıdakı stadionda keçirəcəyi daha öncə açıqlanıb.

Oxşar xəbərlər

PFL “İmişli”nin ev oyunlarını keçirmək istədiyi Quba Olimpiya Kompleksini təftiş edəcək
PFL rəsmisi: "İmişli"nin ev oyunlarını Quba Olimpiya Kompleksində keçirməsi klubun özündən asılıdır"
AFFA rəsmisi Lisenziya Komissiyasının qərarlarına münasibət bildirib
İmişli şəhər stadionundakı təmir işləri noyabrın sonunda başa çatacaq
Mehdi Hüseynzadə adına stadionun yeni direktoru: "Bu arenada olimpiya medalı qazanacaq səviyyəyə çatmışam"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle