Messi “İnter Mayami”nin matçında zədələnib
sizinxeber.az xəbər saytı

Messi “İnter Mayami”nin matçında zədələnib


Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın "Nekaks" komandası ilə ev oyununda zədələnib.

"Report"un məlumatına görə, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.

Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin bud nahiyəsində diskomfort hiss etdiyini bildirib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.

Messinin 38 yaşı var, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ötən mövsüm futbolçu MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Messi karyerası ərzində İspaniyanın “Barselona” və Fransanın “Pari Sen-Jermen” klublarında çıxış edib. Argentinalı səkkiz “Qızıl top”un qalibidir. Argentina millisi ilə Messi Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.

Oxşar xəbərlər

Messi "İnter Mayami"nin tarixinə düşüb
Messi "İnter Mayami"nin ən çox qol vuran futbolçusu olub
"İnter Mayami" Lionel Messi ilə müqavilə müddətini uzatmağa yaxındır
Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək
“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər