Serbiya millisinin futzalçısı Azərbaycan klubuna keçib
sizinxeber.az xəbər saytı

Serbiya millisinin futzalçısı Azərbaycan klubuna keçib


Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” futzal komandası növbəti transferini reallaşdırıb.

"Report" xəbər verir ki, ölkə çempionu Serbiya millisinin də üzvü olan Yaniç Aleksandarla anlaşıb.

29 yaşlı müdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”a kömək edəcək.

Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio (“Torreense” Portuqaliya), İlham Alıyev (U-19) və Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb. Təmsilçimiz UEFA Çempionlar Liqasında avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya), avqustun 24-də isə “Uddevalla” (İsveç) ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Borussiya" Almaniya millisinin futbolçusunu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
La Liqa təmsilçisi Kolumbiya millisinin üzvünü transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər