PFL prezidentinin son durumu açıqlanıb
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.
Bu barədə "Report"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
O, E.Səmədovun müalicəsinin davam etdiyini bildirib:
"Həkimlər fizioterapiyaya ara verməməyi, fasiləsiz davam etdirməyi tapşırıblar. Nəticələrə uyğun olaraq, yaxın zamanlarda əməliyyatın vaxtını müəyyənləşdirəcəklər. Həkimlər hər şeyin onların tapşırıqlarına uyğun müsbətə doğru getdiyini bildirirlər”.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Oxşar xəbərlər
PFL prezidenti yenidən əməliyyat olunacaq
PFL prezidenti sabah xəstəxanadan evə buraxılacaq
PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
