DÇ-2026: AFFA Azərbaycan millisinin heç bir ev oyununu Gəncədə keçirməyi planlaşdırmayıb
AFFA Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarından heç birini Gəncə şəhər stadionunda keçirməyi planlaşdırmayıb.
"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, daha əvvəl seçmə mərhələdə D qrupunun Fransa ilə ev matçının Gəncədə keçiriləcəyi ilə bağlı xəbərlər tirajlansa da, əslində bunun heç bir əsası olmayıb.
Belə ki, milli komandanın 3 ev oyunundan heç birinin hazırda inşası davam edən Gəncə şəhər stadionunda keçirilməsi müzakirə edilməyib.
Lakin gələcəkdə Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının Gəncədə təlim-məşq toplanışı keçəcəyi istisna olunmur.
Qeyd edək ki, Azərbaycan yığması yer aldığı D qrupunda İslandiyanı noyabrın 13-də "Neftçi Arena"da, Ukrayna və Fransanı isə, uyğun olaraq, sentyabrın 9-da və noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib
Azərbaycan millisinin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşib
Azərbaycan millisinin baş məşqçisi: "Elit-raunda vəsiqə qazanmaq istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












