Xorvatiyada “Zirə”yə dəstək üçün heç bir azarkeş müraciət etməyib
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Xorvatiyada “Hayduk”la üz-üzə gələcək “Zirə”yə dəstək üçün heç bir azarkeş müraciət etməyib.
Bunu “Sizinxeber.az”a Bakı təmsilçisinin mətbuat katibi Elmar Abdullazadə deyib.
Klub rəsmisi hər hansı müraciət olacağı təqdirdə, dərhal lazımi addımların atılacağını bildirib:
“Sabah səhər saat 12:00-da səfərə çıxacağıq. Dəstəklə bağlı bizə heç bir azarkeş müraciət etməyib deyə, qarşı tərəfə biletlə bağlı müraciət etməmişik. Son anda müraciət edən olsa, biletlə bağlı qarşı tərəflə danışacağıq. Ötən il Xorvatiyada “Osiyek”lə oyunun başlamasına 2-3 saat qalmış bir neçə azarkeş bizə müraciət etmişdi. Onlara dərhal bilet təşkil etdik. Hər biri gəlib komandanı dəstəklədi. Eyni hal baş verərsə, dərhal lazımi addımlar atılacaq”.
Qeyd edək ki, “Hayduk” - “Zirə” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə komandalar heç-heçəyə razılaşıb - 1:1.
Oxşar xəbərlər
Konfrans Liqası: Xorvatiya klubu "Zirə" ilə oyuna 30 azarkeş gətirib
Konfrans Liqası: "Zirə"nin rəqibini "Dalğa Arena"da 50 azarkeş dəstəkləyəcək
UEFA Konfrans Liqası: “Zirə” - “Hayduk” matçına 3500 bilet satılıb
UEFA Konfrans Liqası: "Zirə"nin rəqibi Bakıda dəstəksiz qalmayacaq
UEFA Konfrans Liqası: "Zirə" ilk sınağına çıxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
