Qadınlardan ibarət İngiltərə millisi Avropa çempionu olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
iy
2025
00:00

Qadınlardan ibarət İngiltərə millisi Avropa çempionu olub

28 iy, 2025
00:00
816

Qadınlardan ibarət İngiltərə millisi Avropa çempionu olub

İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib.

"Report" xəbər verir ki, dramatik matçın nəticəsi penalti seriyasında həll olunub.

İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub. Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib.

Əlavə vaxtda da qalibi müəyyən edilməyib.

Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib.

Bizimlə əlaqə saxlayın