"Mançester Yunayted"in rəhbərliyi "Old Trafford"un sökülməsini planlaşdırır
İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi yeni stadion tikmək üçün hazırkı arenanın - "Old Trafford"un sökülməsini planlaşdırır.
"Sizinxeber.az"un ESPN-ə istinadən məlumatına görə, stadionun yenidən qurulması və ya sökülməsi ilə bağlı yekun qərar 2024-cü ilin sonuna kimi veriləcək.
Mançester təmsilçisinin yeni sahibi Cim Ratkliff arenanı sökməyə meyllidir. Hazırlanmış plana görə, yeni stadionun tikintisi altı il çəkəcək və 2,6 milyard dollara başa gələcək. Mançester arenasının tutumu təxminən 100 min nəfər olacaq.
Qeyd edək ki, "Old Trafford"da ilk oyun 1910-cu il fevralın 19-da "Mançester Yunayted"lə "Liverpul" arasında keçirilib və meydan sahibləri 3:4 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
"Mançester Yunayted" 93 ildən sonra ən pis nəticəyə imza atıb
Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib qələbə qazandı - VİDEO
“Mançester Siti” 2023-cü ili qələbə ilə başa vurdu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













