"Kəpəz" iki futbolçusu ilə müqavilə müddətini yeniləyib
sizinxeber.az xəbər saytı

"Kəpəz" iki futbolçusu ilə müqavilə müddətini yeniləyib


Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqavilə müddətini yeniləyib.

Klubdan "Sizinxeber.az"a verilən məlumata görə, ötən mövsümdən Gəncə təmilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Oxşar xəbərlər

“Zirə” iki futbolçu ilə müqavilə müddətini yeniləyib
"Kəpəz" Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
"Kəpəz" "Turan Tovuz"dan ayrılan futbolçunu transfer edib
"Sumqayıt" məşqçisi ilə müqavilə müddətini yeniləyib
"Gəncə" basketbolçusu ilə müqaviləni yeniləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər