Cahangir Babayev: “Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilməyim mənim üçün sürpriz oldu”
Azərbaycan Karate Federasiyasının Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilməsinə münasibət bildirib.
O, “Sizinxeber.az”a açıqlamasında daha əvvəl də həmin qurumda çalışdığını bildirib.
C.Babayev yenidən komitəyə üzv seçilməsinin onun üçün sürpriz olduğunu deyib:
“5 ilə yaxın Avropa Karate Federasiyasının Hakimlər Komitəsində çalışmışam. Ötən il komitə üzvlərini tamamilə dəyişdilər. Ümumiyyətlə, hər 5 ildən bir dəyişklik olur. Avropa Karate Fderasiyasından təklif gəldi. Əvvəlki üzvlərdən təkcə məni yenidən seçdilər. Həqiqətən də sürpriz oldu. 7 üzvü olan komitənin işi Avropada hakimlərdən imtahan götürməkdir. Bütün hakimlərin kateqoriya ilə bağlı məsələlərinə bu komitə baxır. Həmçinin Avropa çempionatlarını və digər yarışları idarə edirik. Sonuncu dəfə elan etdilər ki, komitə üzvlüyünə seçkilər hər 4 ildən bir olacaq. Komitəyə yenidən üzv seçilməyim Azərbaycan karatesi üçün yaxşıdır”.
Qeyd edək ki, Avropa Karate Federasiyasının Hakimlər Komitəsində cəmi 7 üzv təmsil olunur və onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.
Oxşar xəbərlər
Azərbaycanlı referi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
Avropa Kubokunda iştirak edəcək Azərbaycan karateçiləri Belçikaya yollanıblar
FHN-in karate komandasının üzvü Avropa Universitet Oyunlarında gümüş medal qazanıb
Azərbaycanın karate komandası Türkiyədə bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













