FHN-in karate komandasının üzvü Avropa Universitet Oyunlarında gümüş medal qazanıb
Macarıstanın Debretsen və Mişkolts şəhərlərində Avropa Universitet Oyunları keçirilib.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, 37 Avropa ölkəsinin 422 universitetindən 4500-dən çox tələbənin iştirak etdiyi turnirdə iştirakçılar 17 idman növü üzrə qüvvələrini sınayıblar. Karate növü üzrə 12 nəfərdən ibarət Azərbaycan yığma komandası da yarışlara qatılaraq yüksək nəticə əldə edib. MIlli yığmamızın tərkibində ölkəmizin idman şərəfini qoruyan FHN karate komandasının üzvü Nicat Kərimli kumite yarışlarında 3 döyüş keçirərək Avropa Universitet Oyunlarının gümüş medalın sahibi olub.
Qeyd edək ki, Nicat Kərimlinin şəxsi məşqçisi 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçisi isə karate üzrə ikiqat dünya çempionu 8-ci dan qara kəmər sahibi, FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa Universitet Oyunlarında uğur qazanmış karateçi ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Nicat Kərimli sentyabr ayında Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Kipr Respublikasının Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.
Oxşar xəbərlər
FHN-in atletika komandası yüksək nəticə göstərib
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra ediblər - VİDEO
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











