Azərbaycan Boks Federasiyasının rəsmisi: "İnanıram ki, hakimlərimiz Olimpiya Oyunlarına dəvət alacaqlar"
sizinxeber.az xəbər saytı

Azərbaycan Boks Federasiyasının rəsmisi: "İnanıram ki, hakimlərimiz Olimpiya Oyunlarına dəvət alacaqlar"


İnanıram ki, hakimlərimiz Olimpiya Oyunlarına dəvət alacaqlar.

Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının (ABF) Hakimlər Kollegiyasının sədri Emil Qurbanəliyev deyib.

O, Beynəlxalq Boks Assosiasiyası tərəfindən 3 azərbaycanlı referinin kateqoriyasının 2 ulduzdan 3 ulduza artırılmasına münasibət bildirib:

"Azərbaycan boksunda hakimlərin inkişafı göz qabağındadır. Ötən il 17 referi 1 ulduz kateqoriyasını almaq üçün imtahanlarda iştirak etdi və onlardan 14-ü sınağı uğurla tamamladı. Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq kateqoriyasının 2 ulduzdan 3 ulduza artırılması sevindirici haldır. Biz onları dünya, Avropa çempionatları və qitəmiqyaslı turnirlərdə görə biləcəyik. Bu, mərhələli olan bir işdir. Hakimlərimiz beynəlxalq yarışlada adlarından söz etdirə bilsələr, Olimpiya Oyunlarına da dəvət alacaqlar".

E.Qurbanəliyev karyerasını bitirmiş sabiq boksçuları hakimliyə cəlb etdiklərini söyləyib:

"Boks hakimliyində gənclərə üstünlük verilir. İdmançı karyerasını başa vurmuş Nəsrəddin Məmmədov, Şaban Şahpələngov, Tural Əhmədov və Ruslan Qasımov kimi titullu boksçuları hakim kimi fəaliyyət göstərməyə dəvət etmişik. Adıçəkilən və bir sıra digər hakimlərimiz də gələcəkdə 3 ulduz kateqoriyasını almağa real namizəddirlər. Beynəlxalq arenalarda ölkəmizi təmsil etməyə namizəd xanım hakimimiz Məsmə Səlimzadənin də adını vurğulamaq istəyirəm. O da artıq 1 ulduz kateqoriyasına yiyələnib. Gələcəkdə təcrübəsini daha da artıracağına əminəm".

Qeyd edək ki, Azərbaycanın üç ulduz kateqoriyalı hakimlərinin sayı 6-ya yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Oxşar xəbərlər

Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib
Azərbaycanlı referi Paris-2024-də ən reytinqli hakim seçilib
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub
Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan boks millisinin yeni baş məşqçisi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər