Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
apr
2025
09:30

Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər

06 apr, 2025
09:30
821

Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər

Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş dünya kubokunda iştirak ediblər.

"Report" xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub.

Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub. Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.

Bizimlə əlaqə saxlayın