Millinin böyük məşqçisi: “Azərbaycanın rayonlarında yaxşı güləşçilər var"
Azərbaycanın rayonlarında yaxşı güləşçilər var.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın 15 yaşadək yunan-Roma güləşi üzrə millisinin böyük məşqçisi Əbilfət Məmmədov Gəncədə keçirilən ölkə birinciliyinin yekunları barədə danışarkən bildirib.
Mütəxəssis yarışın yaxşı keçdiyini vurğulayıb:
“Çempionat yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycanın rayonlarında yaxşı güləşçilər var. Xüsusən də Göyçaydan İbrahim Məmmədzadəni bəyəndim. Hansı ki, birinci yeri tutdu. Ümumiyyətlə, ilk yerləri tutan uşaqların hər birini yığmaya dəvət etmişik. Hətta yer tuta bilməyən bəzi idmançılara da şans verməyi düşünürük. Növbəti həftə millinin məşqlərinə qoşulacaqlar”.
Mütəxəssis qarşıdakı planlarla bağlı sualı da cavablandırıb:
“Komanda aprelin əvvəlində Serbiyada keçiriləcək gimnaziadada iştirak edəcək. Daha sonra Avropa çempionatına hazırlıq görəcəyik. Buna qədər iki təlim-məşq toplanışımız olacaq. Uşaqların gimnaziadada şanslarını normal dəyərləndirirəm. Yeniyetmlərin yarışı olduğu üçün konkret nəsə demək çətindir. Çünki bu uşaqların 50-60 faizi təyyarəyə ilk dəfə minəcək”.
Qeyd edək ki, Gəncə İdman Sarayında baş tutan Azərbaycan birinciliyi milli komandaya seçim xarakteri daşıyıb.
Oxşar xəbərlər
Millinin baş məşqçisi: “Məqsəd Azərbaycanın adını dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır"
Azərbaycan millisinin baş məşqçisi: “Türkdilli Ölkələr Turniri” uşaqlar üçün ilk sınaq olacaq
Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"
Azərbaycan güləş millisinin böyük məşqçisi: "2024-cü ildəki çıxışımızı qənaətbəxş sayırıq"
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
