sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanı Çexiyadakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
Azərbaycanı Çexiyanın Yablones nad Nisou şəhərində keçiriləcək batut gimnastikası üzrə 51-ci Beynəlxalq Dostluq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.
"Report" xəbər verir ki, turnirdə məşqçilər Abdulla Qasımov və Vladimir Şulikinin rəhbərliyi altında fərdi yarışlarda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabanova və Samirə Hüseynova iştirak edəcək.
Sinxron yarışlarda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşaliyev, Fərhad Mustafayev - Ömər Qasımlı həmçinin Ayan Şabanova - Samirə Hüseynova cütlükləri mübarizə aparacaq.
Hakim qismində isə Azərbaycanı Rövşən Qurbanov təmsil edəcək.
Oxşar xəbərlər
Azərbaycanı Xorvatiyadakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycanı Balkan Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
Azərbaycanı Dünya Seriyasının IV mərhələsində təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycanı İspaniyada keçiriləcək yarışda təmsil edəcək triatlonçular müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













