Azərbaycanlı qılıncoynadan İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanlı qılıncoynadan İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb


Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən " Örebro Masters - Nordic Championships" beynəlxalq turnirində qızıl medal qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, ölkəmizlə yanaşı İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində pley-offa yüksəlib.

Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn təmsilçimiz həlledici qarşılaşmada İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Oxşar xəbərlər

Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar medal qazanıblar
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
Azərbaycanlı peşəkar cüdoçu ABŞ-də növbəti dəfə qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle