Şahmat Federasiyası 2025-ci ilin ölkə çempionatının mükafat fondu və reqlamentini açıqlayıb
sizinxeber.az xəbər saytı

Şahmat Federasiyası 2025-ci ilin ölkə çempionatının mükafat fondu və reqlamentini açıqlayıb


Azərbaycan Şahmat Federasiyası (AŞF) 2025-ci ilin ölkə çempionatının mükafat fondu və reqlamentini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, ölkə çempionatında yüksək rəqabətin yaranması və milli üzvlərinin, o cümlədən yığmaya namizədlərin yarışda iştirakının təmin edilməsi üçün aparıcı şahmatçılarla müzakirələrdən sonra yeni reqlament seçilib.

2025-ci ildə kişilər və qadınlar arasında Azərbaycan çempionatı 31 yanvar – 15 fevral aralığında keçiriləcək. Kişilərin yarışına milli komandanın üzvləri, son Azərbaycan çempionatının yarımfinalçıları, FIDE reytinqinə əsasən ən yüksək reytinqli şahmatçılar (14 iştirakçı) və I dəstədə yüksək nəticə göstərən 5 şahmatçı buraxılacaq.
Qadınların yarışında millinin üzvləri, son ölkə çempionu, FIDE reytinqinə əsasən ən yüksək reytinqli 8 azərbaycanlı şahmatçı və I dəstədə yüksək nəticə göstərən 2 iştirakçı mübarizə aparacaq.

Azərbaycan çempionatı olimpiya sistemi üzrə təşkil ediləcək. Turnir FIDE qaydalarına əsasən keçiriləcək və 5 turdan ibarət olacaq. Turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydı alına biləcək bərabərlik halında tay-breklərdən ibarətdir. Nəzərinizə çatdırmaq istərdik ki, iştirakçıların qeydiyyatı 9-16 oktyabr 2024-cü il tarixlərində aparılacaq.
AŞF həmçinin Azərbaycan çempionatları tarixində rekord sayılacaq mükafat fondu təyin edib. Kişilərin yarışında 60 min, qadınların çempionatında isə 30 min manat mükafat fondu olacaq. Mübarizəni daha maraqlı etmək üçün klassik partiyada tay-brek olmadan mərhələ adlayan şahmatçının hər biri əlavə bonus - pul mükafatı qazanacaq. Azərbaycan çempionatının qalibi olacaq şahmatçı milli komandaya vəsiqə qazanacaq.

Yeni reqlamentin əsas məqsədi Azərbaycan çempionatında ölkənin ən güclü şahmatçılarının iştirakını təmin etməkdir.

Oxşar xəbərlər

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub
Polşalı şahmatçı Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək
Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Azərbaycan şahmatçıları dünya çempionatını medalsız başa vurublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər