Paris-2024: 53 yaşlı idmançı finala vəsiqə qazanıb
sizinxeber.az xəbər saytı

Paris-2024: 53 yaşlı idmançı finala vəsiqə qazanıb


53 yaşlı rusiyalı idmançı Yelena Prokofyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, stolüstü tennisçi yarımfinalda yaponiyalı Kanami Furukavaya qalib gəlib - 3:2 (5:11, 11:9, 10:12, 11:7, 11:6).

Prokofyeva finalda Yaponiyanın digər təmsilçisi Natsuki Vada ilə üz-üzə gələcək. Qızıl medal uğrunda qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yelena Prokofyeva Tokio paralimpiadasında qızıl medal əldə edib. O, 2018-ci ildə dünya çempionu olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək
Paris-2024: Azərbaycan təmsilçisi məğlub olub
Paris-2024: Azərbaycan güləşçisinin bürünc medal uğrunda üz-üzə gələcəyi rəqib müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər