Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
sizinxeber.az xəbər saytı

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib


Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yığma ukraynalı Vladimir Morozova tapşırılıb. 70 yaşlı mütəxəssis Azərbaycana gəlməzdən əvvəl Ukrayna millisinə rəhbərlik edib. Bazada yaradılan şəraitdən razılıq bildirən Morozov qısa müddətdə komandanın hazırlığından məmnun qalıb: “Bu il bizim üçün çox vacibdir. Çünki yazda Yay Olimpiya Oyunlarına təsnifat yarışları olacaq. Şəraitimiz möhtəşəmdir. Bazamız Avropanın ən yaxşılarındandır. Məşqlərimizin uğurlu keçməsinə mane olacaq heç nə yoxdur”.

Qeyd edək ki, Ukrayna idmançıları Vladimir Morozovun rəhbərliyi altında London-2012 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıblar.

Oxşar xəbərlər

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni idmançı cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Günay Malikqızı yeni vəzifəyə təyin edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaşım Maqomedov: “Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Putinə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər