Paris-2024: Bədii gimnastika üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb - YENİLƏNİB - 3
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.
Milli ümumi 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb. Final sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə üç lent və iki topla bacarığını göstərib.
Yığma 28.150 xala layiq görülüb. Milli halqalarla hərəkətlərdə 33.850 xal toplamışdı.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk cəhdlərdən sonra mövqeyi bəlli olub.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma hazırda 8-ci pillədə qərarlaşıb.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalarla hərəkətdə 33.850 xala layiq görülmüşdü. Komanda üç lent və iki topla da bacarğını göstərəcək.
Təsnifat mərhələsində 14 kollektiv mübarizə aparır. Ən yaxşı 8 milli finala vəsiqə qazanacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.
Yığma 33.850 xala layiq görülüb. Komanda üç lent və iki topla da bacarığını göstərəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan millisi növbəti dəfə çıxış edib - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












