Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək
sizinxeber.az xəbər saytı

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək


Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

"Report"un məlumatına görə, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.

Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.

Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa məğlubiyyətlə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın Avropa çempionu mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər