Azərbaycan millisinin basketbolçusu: Meydanda hər top uğrunda mübarizə apardıq
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin basketbolçusu: Meydanda hər top uğrunda mübarizə apardıq


Meydanda hər top uğrunda mübarizə apardıq.

Bunu "Sizinxeber.az"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova deyib.

Yığma üzvü Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Avstraliyaya qarşı keçirdikləri matçla bağlı danışıb:

"Rəqibin güclü komanda olduğunu bilirdik. Bu üzdən özümüzü sərt mübarizəyə kökləmişdik. Güclü rəqiblərə qarşı oynamaq yaxşı təcrübədir. Burada olmağımız belə irəliyə doğru böyük addımdır. Güclü rəqiblərlə oyunlar bizi daha da güclü edəcək, təcrübəmiz artacaq. Düzdür, yorğunluq da var. Amma burada şərtlər hamı üçün eynidir".

Qeyd edək ki, Azərbaycanın 3x3 basketbol millisi Avstraliyaya 12:21 hesabı ilə uduzub. Ratomir Deliçin yetirmələri bu gün Çin ilə növbəti matçına çıxacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin basketbolçusu: Ruhdan düşmək olmaz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa məğlubiyyətlə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər