Azərbaycan millisinin basketbolçusu: Ruhdan düşmək olmaz
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin basketbolçusu: Ruhdan düşmək olmaz


Ruhdan düşmək olmaz.

Bunu "Sizinxeber.az"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova deyib.

Yığma üzvü Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Fransaya qarşı keçirdikləri matçla bağlı danışıb:

"Qarşımıza qoyulan vəzifənin öhtəsindən gələ bilmədik. Öz səhvlərimiz ucbatından məğlub olduq. Rəqib komandanın aqressiv oyununa qarşılıq verə bilmədik. Bütün bunlar məğlubiyyətə gətirib çıxardı. Bununla belə, ruhdan düşməyəcəyik. Qarşıda bizi Almaniya ilə növbəti matç gözləyir. Xüsusi ilə taktiki cəhətdən yaxşı hazırlaşacağıq. Qarşıda bir neçə oyun var. Ruhdan düşmək olmaz".

Qeyd edək ki, Azərbaycanın 3x3 basketbol millisi son görüşündə Fransaya 10:15 hesabı ilə uduzub. Ratomir Deliçin yetirmələri bu gün Almaniya ilə növbəti matçına çıxacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa məğlubiyyətlə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ səfirliyi Azərbaycanın 3x3 basketbol komandasını qələbə münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər