sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Novak Cokoviç olimpiadalar tarixində yarımfinala yüksələn ən yaşlı tennisçi olub
Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, təcrübəli raketka ustası buna 1/4 final mərhələsində yunanıstanlı Stefanos Tsitsipasi məğlub etməklə nail olub.
Qarşılaşma Cokoviçin 2:0 (6:3, 7:6) hesablı qələbəsi ilə bitib.
O, olimpiadalar tarixində fərdi yarışda yarımfinala yüksələn ən yaşlı tennisçi olub. İdmançı bunu 37 yaş 73-cü günündə bacarıb.
Cokoviç bu gün finala gedən yolda italiyalı Lorentso Muzetti ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Novak Cokoviç 1/4 final mərhələsinə vəsiqə qazanıb
Paris-2024: Novak Cokoviç Rafael Nadalı məğlub edib
Paris-2024: Novak Cokoviç inamlı qələbə qazanıb
Paris-2024: 61 yaşlı stolüstü tennisçi rekorda imza atıb
Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













