Paris-2024-də günün yekunu: Azərbaycanın basketbol millisi mübarizəyə qoşulub, boksçumuz növbəti mərhələyə adlayıb
Azərbaycanın altı idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verib.
"Sizinxeber.az"un məlumatına görə, boks yarışlarında ölkəmizi təmsil edən Murad Allahverdiyev (80 kq) uğurlu çıxışı ilə diqqət çəkib.
Dəli əlcək ustası mübarizəyə başladığı 1/8 finalda misrli Abdelrahman Abdelcavvadı üstələyərək növbəti raunda adlayıb. Murad 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Digər boksçumuz Nicat Hüseynov isə eyni uğuru təkrarlaya bilməyib. Hüseynov Dominikandan olan Junior Alkantara Reyesə uduzaraq turnirlə vidalaşıb.
Akademik avarçəkmə yarışlarında Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində altı idmançı arasında dördüncü yeri tutub. Bununla da o, medalçılar sırasına düşmək şansını itirib. D.Dımçenko 6-12-ci yerlər uğrunda mübarizəni davam etdirəcək.
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanu üstələməklə sürprizə imza atıb. Təmsilçimiz 1/16 finala yüksəlsə də, almaniyalı Mişel Kroppen səddini keçə bilməyib və yekunda yarışı medalsız başa vurub.
Azərbaycan üzgüçüsü Ramil Vəlizadənin təsnifat mərhələsindəki 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışı ürəkaçan olmayıb. Vəlizadə 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub. İdmançı yekunda 25-ci yerlə kifayətlənib.
Azərbaycan cüdoçusu Zelim Tçkayev də uğursuz çıxış edən idmançılar sırasında yer alıb. Zelim 1/16 finalda fransalı Umar Alfa Djaloya uduzaraq ümidləri doğrultmayıb.
Ölkəmizi komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol millisi də yarışa məğlubiyyətlə start verib. Komandamız I turda İspaniya yığması ilə görüşü 16:18 hesabı ilə geridə tamamlayıb. Seçməmizin II turdakı rəqibi sabah ABŞ yığması olacaq.
Azərbaycanın kişi triatlonçusu Rostislav Pevtsov isə mübarizəyə qoşula bilməyib. Bu gün keçiriləməli olan yarış Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınıb. Yarışın 31 iyulda keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024-də günün yekunu: Azərbaycan olimpiadalarda 50-ci medalını Fransada qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan avarçəkəni medal şansını itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












