Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb - YENİLƏNİB


Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat səbəbi açıqlanıb.

Bu barədə “Sizinxeber.az"a federasiyanın mətbuat xidmətindən bildirilib.

O, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib. Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.

10:10

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.

Bu barədə “Sizinxeber.az"a federasiyanın mətbuat xidmətindən bildirilib.

Qurum rəhbərinin hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, dünya və Avropa çempionu olmuş A.Məmmədov 2023-cü ildən Karate-Do Federasiyasına rəhbərlik edirdi.

Oxşar xəbərlər

Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat edib
Azərbaycanlı referi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradılıb
Cahangir Babayev: “Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilməyim mənim üçün sürpriz oldu”
Azərbaycanın karate millisi Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər