Azərbaycanlı boksçuya haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanlı boksçuya haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq


Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan boksçusuna qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

ABF-nin bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (IBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançının hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.

IBA prezidenti Umar Kremlyov bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşünün hakimi özbaşınalığa yol verməməli idi:

“Bu həm IBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə IBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyov vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar:

“Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında ke,iril'n Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Döyüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə serbiyalı idmançı qalib elan olunub.

Oxşar xəbərlər

Azərbaycan Boks Federasiyası Avropa çempionatında yaşanan qalmaqala aydınlıq gətirib
Qırğızıstanlı beynəlxalq dərəcəli boks hakimi atışma zamanı həlak olub
Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən boks üzrə IBA Çempionlar Gecəsi ötən ilin ən yaxşı yarışları sırasında yer alıb
Azərbaycan boks millisinin yeni baş məşqçisi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər