Serbiyalı Avropa çempionu: “Azərbaycan ən yaxşı cüdo ölkələrindən sayılır”
sizinxeber.az xəbər saytı

Serbiyalı Avropa çempionu: “Azərbaycan ən yaxşı cüdo ölkələrindən sayılır”


Azərbaycan olimpiya və dünya çempionları yetişdirdiyinə görə ən yaxşı cüdo ölkələrindən sayılır.

Bunu “Report”a açıqlamasında, Avropa çempionu, dünya çempionatının gümüş medalçısı, serbiyalı Aleksandar Kukoly deyib.

Azərbaycanda təşkil olunan “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri çərçivəsində yeniyetmə idmançılara seminarlar keçən mütəxəssis ölkədə cüdonun inkişafını yüksək dəyərləndirib:

“Azərbaycan artıq olimpiya və dünya çempionları yetişdirdiyinə görə ən yaxşı cüdo ölkələrindən sayılır. Bildiyimə görə 2008-ci ildə Pekində təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycandan ilk qızıl medalı Elnur Məmmədli qazanmışdı. Ötən il Parisdə təşkil olunan olimpiadada isə iki qızıl medal qazandılar. Bu özlüyündə çox şeydən xəbər verir”.

O, “Böyük Dəbilqə” yarışlarında ilk gümüş medalını məhz Azərbaycanda qazandığını vurğulayıb.

“İlk “Böyük Dəbilqə” medalımı 10 il əvvəl Azərbaycanda qazanmışam. Gümüş medal idi. Azərbaycanda çoxlu dostlarım var. Bir ay əvvəl Belqradda ustad dərsi keçmişəm. Həmin seminarda Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev də məşqçi-təlimçi kimi iştirak edirdilər”.

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq turnirə iyulun 27-də yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb
Belçikada qızıl medal qazanan Azərbaycan cüdoçusu: "Olimpiya və dünya çempionu olmağı arzulayıram"
Dünyanın daha bir neçə tanınmış cüdoçusunun Bakıdakı yarışda iştirakı dəqiqləşib
Azərbaycanlı Avropa çempionu: "Ən böyük arzum böyüklər arasında dünya çempionu olmaqdır"
Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıdakı yarışda çıxış edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər