Dünyanın daha bir neçə tanınmış cüdoçusunun Bakıdakı yarışda iştirakı dəqiqləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
fev
2025
14:00

Dünyanın daha bir neçə tanınmış cüdoçusunun Bakıdakı yarışda iştirakı dəqiqləşib

06 fev, 2025
14:00
774

Dünyanın daha bir neçə tanınmış cüdoçusunun Bakıdakı yarışda iştirakı dəqiqləşib

Dünyanın daha bir neçə tanınmış cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizə aparacaq.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Onların arasında olimpiya və dünya çempionları da var.

Paytaxtdakı yarışda qadın idmançılardan isveçli olimpiya, dünya mükafatçısı Tara Babulfat (48 kq), kosovolu olimpiya çempionu, dünya mükafatçısı Distria Krasniqi (52 kq), niderlandlı dünya çempionu Coan Van Lisxaut (63 kq) tatami üzərinə çıxacaq.

Kişilərdən tacikistanlı dünya, olimpiya mükafatçısı Somon Maxmadbekov (81 kq) ilə rusiyalı dünya, olimpiya mükafatçısı Tamerlan Başayev (+100 kq) də medal qazanmağa çalışacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" 14-16 fevral aralığında keçiriləcək. Daha əvvəl Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçularının Bakıdakı turnirdə iştirak edəcəyi açıqlanıb.

Bizimlə əlaqə saxlayın