Bakıda "Avropa Cüdo Ümidləri" beynəlxalq turniri start götürüb
Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri Turniri və kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb.
"Sizinxeber.az" xəbər verir ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.
U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.
Yarış klublar arasında keçirilir və qazanılan mükafatlar iştirakçı klubların aktivinə yazılacaq.
Texniki sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edirlər.
Zəngin təcrübəyə malik bu təlimçilər turnir iştirakçılarına unikal bilik və bacarıqlar təqdim edərək onların inkişafına töhfə verirlər.
Oxşar xəbərlər
Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb
Zeyd Döyüş Mərkəzi Belarusda MFP-nin 257-ci beynəlxalq turnirini təşkil edib
İstanbuldakı Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda mübarizə aparacaqlar
Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











