sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.
Bu barədə "Report"a federasiyadan məlumat verilib.
İkinci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı: Çalışacağam ki, gələcəkdə daha böyük nəticələr əldə edim
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











