Azərbaycan qılıncoynadanı: Əsas hədəf 2028-ci ildə keçiriləcək olimpiada olacaq
Əsas hədəf 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimipiada olacaq.
Bunu “Sizinxeber.az”un Fransaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan qılıncoynadanı Anna Başta deyib.
Paris-2024-də 1/8 finalda ukraynalı olimpiya çempionu, dəfələrlə Avropa və dünya çempionatlarının qalibi olan Olqa Xarlana uduzan sablyaçı çıxışını dəyərləndirib:
“Olimpiya çempionu ola bilmədim. Amma bunun obyektiv səbəbləri var. Zədədən yeni qayıtmışam. Hələ də tam formada deyiləm. Ona görə də çətinlik çəkdim. Düzdür, ilk rəqibimi məğlub etdim. Amma ikinci görüşdə əlimdən gələni etsəm də, mübarizəni dayandırdım. Tokio olimpiadasında debütant olduğum üçün həyəcan çox idi. Ruhdan düşmürəm. Zədəmin tam sağalması üçün çalışacağam. Daha sonra məşqlərə başlayacağam. Çalışacağam ki, orada uğurlu çıxış edim”.
Qeyd edək ki, Paris olimpiadasına 1/16 final mərhələsində çinli Yanq Henqyunu məğlub edən Anna Başta 1/8 finalda ukraynalı Olqa Xarlana uduzub. Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024. Anna Başta mübarizəni dayandırıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
PARİS-2024: Azərbaycan qılıncoynadanı mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024. Anna Başta Çin idmançısına qalib gələrək 1/8 finala çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













