Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB
Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Sizinxeber.az"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz 1/8 finalda Olqa Xarlanla qarşılaşıb.
Görüşdə idmançımız 6:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/16 final mərhələsindən mübarizəyə qoşulub.
"Sizinxeber.az"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb.
Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın sablyaçısı növbəti mərhələyə vəsiqə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan badmintonçusu mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Hidayət Heydərov qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













