sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mariya Şarapova ABŞ-dəki evini satışa çıxarıb
Rusiyalı keçmiş tennisçi Mariya Şarapova ABŞ-nin Manhetten çimərliyindəki evini 24,995 milyon dollara satışa çıxarıb.
"Sizinxeber.az" "Wall Street Journal"a istinadən xəbər verir ki, 38 yaşlı idmançı Kaliforniyadakı mülkünü Avropada daha çox vaxt keçirməyi planlaşdırdığı üçün satmaq qərarına gəlib.
Okean mənzərəsinə malik, lakin tennis kortu olmayan ev Los-Ancelesin mərkəzindən təxminən 32 km cənub-qərbdə yerləşir. Gizliliyi təmin etmək üçün malikanə yapon üslubunda abadlaşdırılıb və divarları bitkilərlə örtülüb.
Qeyd edək ki, M.Şarapova "Böyük Dəbilqə" yarışlarının beşqat qalibidir.
Oxşar xəbərlər
PSJ ispaniyalı futbolçusunu satışa çıxarıb
"Roma" ukraynalı futbolçusunu satışa çıxarıb
"Barselona" azarkeşlər üçün tarixinin ən bahalı formalarını satışa çıxarıb
Karlos Alkaras karyerası ərzində qazancı 40 milyon dolları keçən 11-ci tennisçi olub
İtaliyalı tennisçi Böyük Dəbilqə yarışlarının tarixinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











