Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün Qubada xüsusi proqram start götürüb
sizinxeber.az xəbər saytı

Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün Qubada xüsusi proqram start götürüb


Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün Qubada xüsusi proqram start götürüb.

"Sizinxeber.az" xəbər verir ki, proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri keçirilir.

Tədris prosesinə müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış ekspertlərlə yanaşı, cüdo pedaqogikasını dərindən mənimsəmiş yerli mütəxəssislər də cəlb olunub.

Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.

Oxşar xəbərlər

Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb
Cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün tədrislər davam edir
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Bakıda qonaq olub
ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb
2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər