Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2025
22:30

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib 

11 iy, 2025
22:30
779

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib 

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı çempionatı keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, yarış iştirakçıları kayak növündə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Gərgin və maraqlı anlarla yadda qalan açıq Bakı çempionatının qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, açıq Bakı çempionatı və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.

Yarışın texniki nəticələri aşağıdakı kimidir:

SAHİB ƏYYUBZADƏ 2009 MİNGƏÇEVİR 1.43.27 3
NURAN RƏHİMLİ 2009
28. C1 500m oğlanlar FİNAL (2009-2010)
Start: 15:30
Xətt Adı, Soyadı Təvəllüd Şəhər Vaxt Tutduğu yer
HÜSEYN SƏMƏDLİ 2009 MİNGƏÇEVİR 1.56.52 1
FƏXRİ SADIQLI 2010 MİNGƏÇEVİR 2.42.06 2
RÜSTƏM ƏSGƏROV 2011 MİNGƏÇEVİR 2.50.66 3
29. K2 500m oğlanlar FİNAL (2011-2012)
Start: 15:35
Xətt Adı, Soyadı Təvəllüd Şəhər Vaxt Tutduğu yer
MUSTAFA VƏLİZADƏ 2011 MİNGƏÇEVİR 1.43.06 1
ELMİR TARVERDİYEV 2011
ƏZİZ ƏHMƏDLİ 2011 MİNGƏÇEVİR 1.49.32 2
SƏNAN CƏFƏRZADƏ 2011
TAHİR MÖVSÜMOV 2011 MİNGƏÇEVİR 2.02.69 3
KAMAL TAĞIYEV 2011

Bizimlə əlaqə saxlayın