Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan "12-ci Sofiya Kuboku"nda 3 qızıl medal qazanıb.
Bu barədə "Report"a Üzgüçülük Federasiyasından məlumat verilib.
Yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər. Onları baş məşqçi Anton Melnikov müşayiət edib.
Yığmanın heyətində hər üç qızıl medalı Maqsud Tahirli hesabına yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyib.
Qeyd edək ki, ümumilikdə 160-dan çox idmançının mübarizə apardığı yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçiləri yer alıblar.
Oxşar xəbərlər
Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb
Azərbaycanlı qılıncoynadan İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar
Prezident kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











