Afrikalı sprinter ABŞ-də yeni dünya rekordu müəyyənləşdirib
sizinxeber.az xəbər saytı

Afrikalı sprinter ABŞ-də yeni dünya rekordu müəyyənləşdirib


Keniyalı yüngül atlet Feyt Kipyeqon 1500 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

"Report" xəbər verir ki, idmançı bunu ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən "Diamond League"da reallaşdırıb.

O, 3 dəqiqə 48,58 saniyə nəticə göstərərək rekorda imza atıb. Əvvəlki rekord da Kipyeqona məxsus idi, o, 2024-cü ildə Parisdə keçirilən Olimpiadada 3 dəqiqə 49,04 saniyə nəticə göstərmişdi.

Qeyd edək ki, 31 yaşlı idmançı 1500 metr məsafəyə qaçış üçzə üçqat olimpiya və dünya çempionudur. O, həmçinin 5000 m məsafəyə qaçışda dünya çempionatının qızıl medalını (2023) qazanıb.

Oxşar xəbərlər

Keniyalı atlet ABŞ-də rekorda imza atıb
Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib
Amerikalı atlet bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib
Amerikalı üzgüçü bir gündə iki dəfə dünya rekordu müəyyənləşdirib
Amerikalı üzgüçü dünya rekordu müəyyənləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle