Azərbaycan və Türkiyə şahmat yarışlarının keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyə şahmat yarışlarının keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparıb


Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov İzmir şəhərində Türkiyə Şahmat Federasiyasının rəhbəri Fethi Apaydınla görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, federasiya nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli görüşdə əlaqələrin inkişafı, mötəbər yarışların təşkilatçılığında təcrübə mübadiləsi və Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının gələcək planlarıyla bağlı müzakirələr aparılıb.

M.Məmmədov F.Apaydına milli ornamentlərlə bəzədilən hədiyyə təqdim edib. Eyni zamanda Apaydın da Məmmədova qurum adından xatirə hədiyyəsi verib.

Səfər zamanı AŞF rəhbəri 11-ci Çeşmə beynəlxalq şahmat turnirinin blits yarışında çıxış edərək iştirakçıları salamlayıb, ardınca isə rəmzi ilk gedişi reallaşdırıb.

Oxşar xəbərlər

Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib
Mahir Məmmədov Parisdə FIDE-nin prezidenti ilə görüşüb
AŞF-nin prezidenti Parisdə Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb
Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edib
Bu il sürətli şahmat və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle