Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb


Azərbaycan Deflimpiya Komitəsi (ADK) və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsinin yoxlanışı həyata keçirilib.

"Sizinxeber.az" ADK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlanış prosesinə Azərbaycan millisinin texniki-taktiki hazırlıq üzrə yaponiyalı məşqçisi Kotora Sasaki, cüdo ixtisası üzrə bakalavr təhsil proqramının rəhbəri, britaniyalı Mayk Kallan və ACF-nin Təhsil şöbəsinin mütəxəssisi Orxan Səfərov rəhbərlik ediblər.

Texniki yoxlanış zamanı idmançıların hazırlıq səviyyəsi təhlil olunub, yarış öncəsi texniki tapşırıqlar üzrə praktik məşqlər həyata keçirilib. Proses zamanı cüdoçuların texniki bacarıqları qiymətləndirilib, onlara inkişaf məqsədilə yeni üsul və texnikalar öyrədilib.

Yoxlanışın əsas məqsədlərindən biri də idmançıların mövcud bacarıqlarını təkmilləşdirməklə yanaşı, onlara beynəlxalq səviyyədə tətbiq olunan müasir yanaşmaları aşılamaq olub. Bu çərçivədə müdafiə və hücum texnikaları, tarazlıq və koordinasiya üzərində xüsusi olaraq dayanılıb, həmçinin fərdi yanaşma əsasında praktiki göstərişlər verilib.

Oxşar xəbərlər

Azərbaycan Cüdo Federasiyası tərəfindən Goranboyda ustad dərsi keçirilib
Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir
Goranboyda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı başa çatıb
Azərbaycan Deflimpiya Komitəsi beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle