AMADA gənc boksçular üçün maarifləndirici seminar təşkil edib
sizinxeber.az xəbər saytı

AMADA gənc boksçular üçün maarifləndirici seminar təşkil edib


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gənc boksçular üçün antidopinq üzrə maarifləndirici seminar təşkil edib.

"Report" xəbər verir ki, seminarda iştirakçılara dopinqin insan sağlamlığına vurduğu zərərlər, istifadəsi qadağan edilən maddə və üsulların siyahısı, dopinq nəzarətinin mərhələləri, təmiz idmanın hüquqi və etik çərçivəsi, eləcə də narkotik vasitələrin idman və cəmiyyət üçün yaratdığı risklər haqqında ətraflı məlumat verilib.

İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.

Belə təşəbbüslər yalnız biliklərin artırılmasına xidmət etmir, həm də idmanda sağlam və məsuliyyətli yanaşmanın təşviqi, etik davranış normalarının möhkəmləndirilməsi və gənc idmançıların düzgün seçim etməsinə dəstək olur.

Oxşar xəbərlər

AMADA qadın boksçular üçün seminar təşkil edib
Gənc güləşçilər üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirilib
AMADA həndbolçular üçün maarifləndirmə seminarı keçirib
AMADA stolüstü tennisçilər üçün seminar təşkil edib
AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər