AMADA stolüstü tennisçilər üçün seminar təşkil edib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yeniyetmə və gənc stolüstü tennisçilər üçün seminar təşkil edib.
Bu barədə "Sizinxeber.az"a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirin əsas məqsədi stolüstü tennisçiləri antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, həmçinin dopinqə qarşı mübarizə strategiyaları barədə məlumatlandırmaq olub.
İştirakçılara qadağan edilmiş maddələr, metodlar, dopinq nəzarəti prosesi, idmançıların bu prosesdəki rolu və nəticələrin idarə olunması mexanizmləri ətraflı izah edilib.
Bəzi hallarda idmançıların bilmədən və ya ehtiyatsızlıqdan tərkibində qadağan edilmiş maddə olan dərmanlar qəbul edə biləcəyi vurğulanıb. Bildirillib ki, bu səbəbdən hər bir idmançı istifadə edilən preparatların tərkibini diqqətlə yoxlamalıdır.
Oxşar xəbərlər
AMADA qadın boksçular üçün seminar təşkil edib
AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
Gənc güləşçilər üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirilib
AMADA Azərbaycan Voleybol Federasiyası üçün seminar təşkil edib
AMADA Paris-2024-ə lisenziya qazanan Azərbaycan güləşçiləri üçün seminar təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











